...Amma Çin “kadırovçuları” hərbi texnika, xüsusən də zirehli texnika ilə təmin etdikləri barədə deilənləri inkar edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin, Pekinin sülh danışıqları siyasətinə sadiq olduğunu bildirib.
...Mən bu ictimai sübutun haradan qaynaqlandığını bilmirəm. Ukrayna məsələsində bizim çoxdankı prinsipimiz həmişə obyektiv və ədalətli mövqe tutmaq eləcə də sülh danışıqlarının irəliləməsinə sadiq olmaqdır.
Qeyd edək ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Yeri gəlmişkən, Pekin dəfələrlə Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasına kömək etməkdə şübhəli bilinib. Buna baxmayaraq, Çin rəsmiləri Moskvaya hərbi təyinatlı malların tədarükünü təkzib ediblər.
Xatırladaq ki, iyunun 6-da Çeçenistan lideri Ramzan Kadırov Ukraynaya qarşı müharibədə iştirak edən “Axmat” batalyonu üçün alınan hərbi texnikanın videosunu yayımlamışdı.
Və analitiklər həmin görüntülərdə Çin istehsalı olan səkkiz “China Tiger” zirehli maşınının olduğunu qeyd etmişdilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB