Ukraynanın Finlandiya tərəfindən təhvil verildiyi altı Alman “Leopard 2R” tankından artıq üçünü itirdiyi iddia edilir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Helsinqin Sanomat” qəzeti Zaporojye bölgəsində məhv edilmiş texnikanın fotoşəkillərinə əsaslanaraq yazıb.
Nəşr yazır ki, Kiyevin Finlandiyadan aldığı məhv edilmiş tanklar kimi qəbul edilə bilən görüntülərin həqiqiliyini nəşrin faktçekeri Con Helin də təsdiqləyib.
Helinin sözlərinə görə, fotoşəkillərin təsviri də doğrudur, Belə ki, şəkillər Zaporojye vilayətində çəkilib. Qeyd olunur ki, onların məhv edilmiş texnikada nəzərə çarpan mina əleyhinə trolu ilə təchiz olunması fin tanklarının identifikasiyasına kömək edib.
Yeri gəlmişkən, Rusiya Müdafiə Nazirliyi 11 iyun tarixli hesabatında Ukrayna Silahlı Qüvvələrinin Cənubi Donetsk, Zaporojya və Donetsk istiqamətlərində 3 “Leopard 2R” də daxil olmaqla ümumilikdə 11 tankı itirdiyini bildirib. Agentlik həmçinin onların məhv edildiyi anı əks etdirən videolar da yayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB