Cənubi Qafqaz regionunda rusların yerinə türklər gələcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Azərbaycan üzrə ekspert Qarnik Davtyan ruslar getsə Ermənistan sərhədlərində kim dayanacaq sualını cavablandırarkən deyib.
Belə ki, o, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sərhəd xidmətlərinə bütün nəzarəti yalnız erməni tərəfi, onun xidmətləri həyata keçirməli olduğu barədə bəyanatını şərh edib.
“Sübut olunub ki, Qərbi təmsil edən bütün xarici qüvvələr Böyük Britaniya ilə birlikdə bizim regionda dəfələrlə qısamüddətli planlar həyata keçirməyə cəhd ediblər. Yəni, gəlib 10 ildən sonra geridə dağıntı qoyub gedirlər”.
Bunu erməni ekspert “Novosti-Armenia”ya danışarkən deyib.
Onun sözlərinə görə, Rusiya tərəfinin bu regionda əməkdaşlıqda uzun illər təcrübəsi var.
“Və bu mənfi cəhətlərin olmasına baxmayaraq, onların olması həm erməni dövlətçiliyinin qorunub saxlanmasına, həm də onun sabit inkişafına kömək edir. Açığı, ruslar Türkiyə ilə sərhəddə dayanmasaydı, türklər 44 günlük müharibə zamanı İrəvana girəcəkdilər. Bu da göz qabağındadır”.
Bunu da Davtyan bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB