Ruslar əks-hücumdan qorxub fərarilik edirlər?

Ruslar əks-hücumdan qorxub fərarilik edirlər?

Bu gün rus işğalçıları arasında Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatından, eləcə də xidmət şəraitindən narazılıq artır. Nəticədə işğalçılar öz mövqelərindən, xüsusən Luqansk vilayətində, həmçinin Mariupol və Novoazovskdan qaçırlar.

SİA Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına istinadən xəbər verir ki, Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində Rusiya işğalçı qüvvələrinin “Storm-Z” hücum bölmələrində döyüş mövqelərini icazəsiz tərk etmələr, ümumiyyətlə fərarilik halları artıb.

Qeyd olunur ki, bu, Ukrayna Müdafiə Qüvvələrinin uğurlu hərbi əməliyyatları və düşmənin şəxsi heyətinin xeyli itkisi ilə bağlıdır.
Rusiya hərbi rəhbərliyinin əsgərlərə vəd etdiyi məzuniyyətlərin qeyri-rəsmi olaraq dayandırılması səbəbindən 25-ə yaxın rus işğalçısının Mariupol və Novoazovskda fərarilik etməsi barədə məlumat əldə edilib.

Ukrayna saytlarının yazdığına görə, ruslar yaralı əsgərlərinə tibbi yardım göstərmək üçün işğal etdikləri ərazilərdəki mülki infrastrukturdan istifadə etməkdə davam edirlər.

Belə ki, Luqansk vilayətinin Mostki qəsəbəsində yerli məktəbin ərazisində işğalçılar 100-dən çox yaralının müalicə olunduğu səhra xəstəxanasını təchiz ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə