ABŞ BMT Təhlükəsizlik Şurasına altı yeni üzv qəbul etməyi təklif edir

ABŞ BMT Təhlükəsizlik Şurasına altı yeni üzv qəbul etməyi təklif edir

ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayını altı yer artırmağı, eyni zamanda yeni üzvlərə veto hüququ verməməyi təklif edib.

SİA-nın əldə etdiyi məlumata görə, “The Washington Post” bunu yüksək rütbəli ABŞ rəsmilərinə və BMT diplomatlarına istinadən yazır.

Nəşrin məlumatına görə, ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild dünya liderlərinin bu payızda Nyu-Yorkda keçiriləcək illik toplantısı ərəfəsində Təhlükəsizlik Şurasının genişləndirilməsi layihəsi ilə bağlı rəy almaq üçün BMT-yə üzv 193 ölkənin diplomatları ilə məsləhətləşmələr aparır.

Qəzetin mənbələri bildiriblər ki, Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Almaniya, Hindistan və Yaponiyanın üzvlüyünü artıq təklif edib, Fransa və Böyük Britaniya da bu ideyanı dəstəkləyərək, Braziliyaya və ən azı bir Afrika ölkəsinə daimi yer verməyi təklif ediblər.

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Amerika tərəfi həqiqətən uğur qazana və islahatlara səbəb ola biləcək ağlabatan, etibarlı təklif üzrə müəyyən konsensusa nail olmağa çalışır.
Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə