Putin yaralı rus əsgərlərinə söz verdi

Putin yaralı rus əsgərlərinə söz verdi

Rusiya hakimiyyəti xüsusi əməliyyat iştirakçılarına və həlak olanların ailələrinə dəstək olmaq üçün bütün mümkün tədbirləri görəcək.

Bunu Rusiya prezidenti Vladimir Putin əyan edib.

“Dövlət, əlbəttə ki, sizə, ailələrinizə və həlak olan əsgərlərimizin ailələrinə dəstək olmaq üçün hər şeyi edir və edəcək” .

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya lideri bunu Moskva yaxınlığındakı Krasnoqorskda, Vişnevski adına xəstəxanadakı yaralı əsgərlərlə görüşü zamanı deyib.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu xüsusi əməliyyat zamanı qəhrəmanlıq göstərmiş Rusiya hərbçilərinə ən yüksək dövlət mükafatlarını təqdim edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə