NATO-nun irimiqyaslı hərbi hava təlimləri başladı

“Deutsche Presse-Agentur” (DPA) xəbər verir ki...
NATO-nun irimiqyaslı hərbi hava təlimləri başladı

12 iyunda Almaniyada NATO-nun irimiqyaslı “Air Defender” hərbi hava təlimlərinə start verildi.

SİA “Deutsche Presse-Agentur”in rus variantına istinadən xəbər verir ki, 12 – 23 tarixləri arasında olan təlimlərdə 25 ölkədən 10 min hərbçi iştirak edir.

Manevrlərə, həmçinin 250 təyyarə, o cümlədən ABŞ-ın beşinci nəsil çoxməqsədli “F-35” qırıcıları cəlb olunub.

Şimali Atlantika Alyansı “Air Defender” təlimləri çərçivəsində PUA və qanadlı raket hücumlarının dəf olunmasını məşq edəcək.

Manevrlərin məqsədi NATO-ya potensial hücum ssenarisi üzərində işləmək və hərbi blokun istənilən təhlükəyə hazır olduğu barədə Rusiyaya açıq siqnal verməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə