Gürcüstanda mədənçilərin etiraz aksiyası davam edir

Gürcüstanda mədənçilərin etiraz aksiyası davam edir

Gürcüstanın qərbindəki Çiatura şəhərində mədənçilərin etiraz aksiyası davam edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, aksiya iştirakçıları bu gün bələdiyyənin meriyasının qarşısına toplaşıblar.

Mədənçilər maaşların artırılmasını, yaxşı şəraitin və əməyin mühafizəsi standartlarına riayət olunmasını tələb edirlər. Qeyd edək ki, aksiya iştirakçıları hələ ki, işi davam etdirmək fikrində olmadıqlarını da bildiriblər.

...Biz maaşların artırılmasını və iş şəraitinin yaradılmasını tələb edirik. Düzgün texnologiyamız yoxdur. Şirkət avadanlıq gətirmədiyi halda biz planı necə yerinə yetirməliyik. Gəlib görsünlər ki, biz mədəndən xammalı necə alırıq. İnsanlar bank borcuna düşüblər, amma bizə bank ödənişlərini dayandıracaqlarını deyirlər. İnsanlar yoxsullaşıb. Yeməkxana və başqa şeylər yoxdur, hətta tibbi sığorta da yoxdur.

Bunu etirazçılardan biri deyib.

Yeri gəlmişkən, hazırda Çiaturanın bütün mədənlərində manqan filizinin çıxarılması üzrə işləri dayandırılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə