Ukrayna hərbçiləri Zaporojye və Donetsk vilayətlərinin sərhəddindəki Vremivski çıxıntısı adlanan ərazidə daha iki yaşayış məntəqəsinin Rusiya ordusundan azad edildiyini elan ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, orada, Velikaya Novosyolka kəndinin cənubunda, son günlər Ukrayna hərbçiləri cənub və cənub-şərq istiqamətlərində irəliləyirlər.
Bir gün əvvəl üç kəndin azad edilməsi barədə məlumat yayılmışdı. Qeyd edək ki, bu, iyunun ilk günlərində aktiv hücum əməliyyatları başlayandan sonra yaşayış məntəqələrinin nəzarətə götürülməsi ilə bağlı ilk rəsmi mesaj idi.
Bazar ertəsi səhər saatlarında Ukrayna hərbçiləri Donetsk vilayətinin Storojevoye kəndinə nəzarətə götürdüklərini bildiriblər.
Hazırda həm Ukrayna, həm də Rusiya kanallarından gələn mesajlara görə, hücum indi də davam edir.
İyunun əvvəlində Ukrayna qüvvələrinin cəbhə xəttindən təxminən 10 kilometr cənubda kifayət qədər böyük yaşayış məntəqəsi olan Staromlynovkaya doğru irəliləməsi barədə təsdiqlənməmiş məlumatlar var.
Bu arada, rus hərbi bloqçuları Rusiya istehkamlarının cənubda yerləşən əsas xətti, Surovikin xəttinin hələ yarılmadığını bildiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB