Britaniya parlamentinin müdafiə komitəsinin rəhbəri Tobias Ellvud Ukraynanın yaxın günlərdə Donbasda böyük qüvvələrlə zərbə endirmək niyyətini açıqlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “Sky News” telekanalında bildirib.
“Yaxın bir neçə gün ərzində biz Donbasın bu və ya digər hissəsində böyük hücum gözləməliyik”, - deyə Tobias Ellvud bildirib.
Hazırda kəşfiyyat əməliyyatları apardığını bildirən ingilis siyasətçi, Ukraynanın əsas qüvvələrinin hələ də ehtiyatda olduğunu və hücuma məqm gözlədiklərini bildirib.
Yeri gəlmişkən, bir mddət bundan əvvəl “The Economist” Ukrayna hərbçilərinin hücum zamanı xeyli miqdarda Qərb texnikası itirdikləri barədə yazmışdı.
Bu arada Orexov-Tokmak istiqamətində hücumların şiddətli olduğu barədə xəbərlər gəlməkdədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB