Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada Qələbə bayramının mayın 8-nə keçirilməsini nəzərdə tutan qanunu imzalayıb.
SİA TASS-a istinadən xəbər verir ki, bunu Ali Radanın saytındakı qanun layihəsinin məlumatı sübut edir.
Vladimir Zelenski Qələbə Gününün qeyd olunmasının 8 Maya keçirdiyini təsdiqləyib. Qanunun Ukrayna prezidenti tərəfindən imzalandığı və Zelenskinin imzası ilə bu gün, iyunun 12-də Ali Radaya qaytarıldığı dəqiqləşdirilib.
Ukraynanın Əmək Məcəlləsinin bayram və qeyri-iş günləri ilə bağlı maddəsinə də dəyişiklik edilir. Avropa Gününün qeyd olunacağı 9 May əvəzinə bayram günü 8 May - 1939-1945-ci illər İkinci Dünya Müharibəsində Nasizm üzərində Qələbə və Anım Günü olacaq.
Xatırladaq ki, mayın 8-də Vladimir Zelenski mayın 9-da Avropa Gününün qeyd edilməsi haqqında fərman imzalamışdı.
Qeyd edək ki, həmin gün Ukrayna başçısı mayın 8-də Anım Gününün qeyd edilməsi və İkinci Dünya Müharibəsində nasizm üzərində qələbə ilə bağlı Ali Radaya qanun layihəsi göndərmişdi ki, bu layihə də mayın 29-da Ukrayna parlamenti tərəfindən dəstəklənib.
Xatırladaq ki, onun lehinə 317 deputat səs verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB