Nigeriyada silahlı hücum, 25 nəfər ölüb

Nigeriyada silahlı hücum, 25 nəfər ölüb

Nigeriyanın Niger əyalətində silahlıların hücumları nəticəsində 25 nəfər həyatını itirib, çox sayda insan qaçırılıb.
SİA xəbər verir ki, yerli media orqanlarının yaydığı məlumatına görə, şəxsiyyətləri hələlik müəyyən edilməmiş silahlı şəxslər Niger əyalətində 5 kəndə hücum ediblər.
Niger əyalət polisinin sözçüsü Vasiu Abiodun hücumları təsdiqləyib və təhlükəsizlik qüvvələrinin polis və ordu ilə bölgəyə göndərildiyini bildirib.
Ölkədə artan təhlükəsizlik probleminə qarşı mübarizə çərçivəsində silahlı şəxslərə fidyə verilməsi qadağan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə