“Nüvə silahından istifadə dünyanın sonunu gətirəcək“ - DEPUTAT DANIŞDI

“Nüvə silahından istifadə dünyanın sonunu gətirəcək“ - DEPUTAT DANIŞDI

“Nüvə silahına malik olan dövlətlər hər zaman bir-birilərini hədələyirlər. O cümlədən, Rusiya da dəfələrlə rəsmi formada hədə-qorxular səsləndirib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Rusiya vəziyyət gərginləşdiyi təqdirdə nüvə silahından istifadə edəcəyini bildirib: “Lakin hesab edirəm ki, vəziyyət o həddə çatmayacaq. Çünki Rusiya nüvə silahından istifadə edərsə, ona qarşı da istifadə olunar. Fransa, İngiltərə, ABŞ kimi nüvə silahına malik dövlətlər Rusiya belə addım atdığı halda səssiz qalmayacaqlar. Nüvə silahından istifadə isə dünyanın sonunu gətirəcək. İstənilən halda Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsi arzuolunandır”.

Bütün xəbərlər Facebook səhifəmizdə