Ukrayna hərbi bölmələrindən birinin əsgərləri bildiriblər ki, onlarda olan "Bradley" piyada döyüş maşınlarının əksəriyyəti əks-hücum zamanı itirilib. SİA xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.
“Bir qrup Ukrayna əsgəri bəyan edib ki, onlar "Bradley" maşınlarının çox hissəsini itiriblər”, - agentliyin açıqlamasında qeyd olunur.
Bildirilib ki, motoatıcı bölmənin 9 avtomobilindən 6-sı xarab olub, yalnız biri zədələnmədən xilas olub. Hər hansı bir ərazinin alındığını soruşduqda, əsgərlərdən biri əhəmiyyətli nailiyyətlərin olmadığını nümayiş etdirmək üçün əli ilə "yox" cavabı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB