Pakistanın Heyber Paxtunxva əyalətində güclü yağışlar daşqınlara səbəb olub. SİA xəbər verir ki, ölkənin əyalət üzrə Fəlakətləri İdarəetmə İdarəsi sel nəticəsində ölən və yaralananların sayının artdığını açıqlayıb. "Lakki Marvat, Kirk və Bannuda güclü tufan və yağışlar nəticəsində 27 nəfər ölüb, 146 nəfər yaralanıb”, - qurumun yerli ofisinin bəyanatında deyilir.
Açıqlamada 69 evə ziyan dəydiyi, yaralıların xəstəxanaya aparıldığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB