Türkiyə paytaxtında yağan leysan yağışı daşqınlara səbəb olub, metronun “Sıhhiye” stansiyasını su basıb. SİA bu barədə yerli mətbuata istinadən xəbər verir.
“TRT Haber”in məlumatına görə, küçə və məhəllələr göllərə çevrilib, avtomobillər su altında qalıb. Eyni zamanda, günorta saatlarından şəhərdə yağış daha da intensivləşib.
Zərərçəkənlər barədə məlumat verilmir.
Daha əvvəl Türkiyə Meteorologiya İdarəsi 20 vilayətdə sarı təhlükə səviyyəsi elan edib.
Afyonkarahisar, Amasya, Ankara, Antalya, Burdur, Kankırı, Korum, İsparta, Kastamonu, Kayseri, Kırşehir, Konya, Nevşehir, Niqde, Sivas, Tokat, Yozgat, Aksaray, Karaman və digər vilayətlərdə sarı hava təhlükəsi elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB