Bu, dünyanın əksər ölkələrinin Rusiyanı dəstəklədiklərini deyir...

Bu, dünyanın əksər ölkələrinin Rusiyanı dəstəklədiklərini deyir...

Amerikalı jurnalist, Pulitzer mükafatı laureatı Seymur Herş, dünya əhalisinin əksəriyyətinin guya Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını dəstəklədiyini bildirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə o, britaniyalı siyasətçi və jurnalist Corc Qalloveyin YouTube-da yayımlanan müəllif proqramının efirində danışıb.

Beləliklə, Herş, bir çox ölkələrin, o cümlədən Afrika və Asiya dövlətlərinin ABŞ-a dəstəyi dayandırıb və Rusiyanın mövqeyini tutduqlarını bildirib. Onun sözlərinə görə, dünya əhalisinin yarıdan çoxu Moskvanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı dəstəkləyir.

Jurnalist. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda vəziyyətin əvvəlki kimi olmadığını, lakin buna baxmayaraq, rusların ümidsizliyə qapılmadıqlarını da bildirib.

Amma ABŞ, əksinə, bu ölkə dünya arenasında inamını itirib. Nümunə olaraq o, Səudiyyə Ərəbistanı ilə İran arasında ciddi dəyişikliklər göstərən diplomatik tərəfdaşlığa işarə edib.

Xatırladaq ki, daha əvvəl Herş Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun mənfi nəticələri barədə xəbərdarlıq etmişdi. Onun fikrincə, Kiyevin hərəkətləri Ukrayna, ABŞ və NATO-ya, xüsusən də ABŞ prezidenti Cozef Baydenin administrasiyasına yaxşı heç nə gətirməyəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə