Podolyak bu ölkələrin sülh təşəbbüslərini rədd edib

Podolyak bu ölkələrin sülh təşəbbüslərini rədd edib

İndoneziya, Braziliya və Afrika ölkələrinin Ukraynadakı münaqişənin həlli ilə bağlı təşəbbüsləri Zelenski ofisinin nümayəndəsi Mixail Podolyak tərəfindən rədd edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ukraynalı siyasətçi iyunun 11-də öz “Twitter” səhifəsində yazıb.

Mixail Podolyak bildirib ki, İndoneziya, Braziliya və Afrika ölkələrinin sülh təşəbbüsləri Rusiya ilə danışıqlara imkan vermir və hazırda Ukraynada nəzərə alınmır.

“Mövcud Moskva rejimi ilə hər hansı danışıqlar prosesi mümkün deyil. Bu, Ukrayna, Avropa, beynəlxalq hüquq üçün mənasız, təhlükəli və ölümcüldür. Bunun üçün heç bir “kövrək rus”, nə İndoneziya, nə Braziliya, nə də Afrika “səbəbləri” ümumiyyətlə yoxdur”-yazan Mixail Podolyak əmindir ki, danışıqlar prosesinə başlamazdan əvvəl Rusiya ordusunu və reputasiyasını itirməklə yanaşı, guya “xarici əraziləri” tərk etməlidir:

“Təcavüzkar öz ordusunu və qorxmalı olan bir ölkənin nüfuzunu itirərək, yad ərazidən çıxmalıdır”.

Xatırladaq ki, bir müddət bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov, hazırda Rusiya və Ukrayna arasında sülh danışıqlarının aparılması üçün heç bir ilkin şərt olmadığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə