Aleksandr Corcun davamçısı ola biləcəkmi?

Amerikalı milyarder Corc Soros səhm imperiyasına nəzarəti oğlu Aleksandra verir?
Aleksandr Corcun davamçısı ola biləcəkmi?

Artıq xəbər verildiyi kimi, maliyyəçi Corc Soros 25 milyard dollarlıq investisiya biznesinə nəzarəti 37 yaşlı oğlu Aleksandr Sorosa təhvil vermək prosesinə başlayıb.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə iyunun 11-də Amerikanın “The Wall Street Journal” qəzeti yazır.

Beləliklə, amerikalı milyarder Corc Soros səhm imperiyasına nəzarəti oğlu Aleksandra verir,

Qeyd olunur ki, 25 milyard dollarlıq xeyriyyə müəssisəsi vətəndaşların səsvermə hüquqları, gender bərabərliyi və abort hüququ uğrunda mübarizəni davam etdirəcək.

Bundan əlavə, nəşrdə vurğulandığı kimi, özünü "siyasi cəhətdən daha fəal" hesab edən kiçik Soros Amerika sol siyasətçilərinə dəstəyini davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, ötən ilin dekabrında Aleksandr Soros Açıq Cəmiyyət Fondlarını Direktorlar Şurasının sədri seçilib. Yeri gəlmişkən, Açıq Cəmiyyət Fondu Rusiyada arzuolunmaz təşkilat kimi təsnif edilib.

O, həmçinin Corc Sorosun siyasi fəaliyyət komitəsinə rəhbərlik edir və Sorosun sərvətlərinin idarə edilməsi şirkəti olan “Soros Fund Management”ə nəzarət edən investisiya komitəsindədir.

Xatırladaq ki, daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Soros Fondunu “rəngli inqilablar”ın həyata keçirilməsi üçün əsas dünya mərkəzi adıandırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə