Tbilisi bu il ümidlidir

Namizəd statusu almaq üçün Avropa İttifaqının bütün şərtləri iyul ayına qədər Gürcüstan tərəfindən yerinə yetiriləcək. Tbilisi Avropa İttifaqının ədalətli qərar qəbul edəcəyinə ümid edir.

SİA-nın əldə etdiyi məlumata görə, hakim “Gürcü Arzusu” partiyasının sədri bildirib ki, Gürcüstan bu ayın sonuna kimi Avropa İttifaqına namizəd statusu almaq üçün lazım olan 12 şərtin hamısını yerinə yetirəcək.

“Biz 12 bəndlik planın icrası üzərində fəal işləyirik. İyunun sonuna kimi bütün islahatların həyata keçirilməsi başa çatacaq və ölkə namizəd statusu almağa tam hazır olacaq” – deyə İrakli Kobaxidze bildirib.

Siyasətçi ümid etdiyini bildirib ki, Avropa Şurası nəhayət, ilin sonunda ədalətli qərar qəbul edəcək,..daha ötən ilki kimi yox!

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə