Pakistanın Kəraçi limanı Rusiya xam neftinin ilk partiyasını daşıyan tankeri qəbul edib. Onun boşaldılmasına iyunun 12-də başlanacaq.
APA-nın məlumatına görə, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “Twitter" səhifəsində yazıb.
Şərifin sözlərinə görə, Pakistan “rifah, iqtisadi artım və enerji təhlükəsizliyi” istiqamətində irəliləyir. Şərif ilk Rusiya neftinin gəlişini əlamətdar gün, iki ölkə arasında yeni münasibətlərin başlanğıcı adlandırıb. SİA-nın əldə etdiyi məlumata görə,
Pakistana qara qızılın pilot partiyasının qiyməti və daşınması ilə bağlı ilkin razılaşmalar 2023-cü ilin mart ayının sonunda əldə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB