Onları qonşu rusun danosu ələ vermişdi

Xerson vilayətində işğalçılar ukraynalı hərbçinin valideynlərinə işgəncə verirmişlər
Onları qonşu rusun danosu ələ vermişdi

Ukrayna Silahlı Qüvvələrində xidmət edən hərbçinin anası, Xerson vilayətinin sakini Maya Ovsyannikova rus əsgərlərindən nələr çəkdikləri barədə danışıb. SİA bu barədə Ukrayna saytlarına istinad edir.

Qadın yaşadıqları ən pis gün kimi 2022-ci il aprelin 30-nu göstərib.

Onun dediyinə görə, rusların kəndlərinə basqın etdikləri gün onların evlərinə soxulublar. Ruslar onların evlərinə gələndə əri ilə birlikdə evdə olublar.

Qadın, gələn rus hərbçilərinin ilk olaraq onun ərini döydüklərini və evdə axtarış aparmağa başladıqlarını bildirib.

Dediyinə görə, onun və ərinin ən dəhşətli günləri hələ qabaqda imiş. Ərini döyüb özləri ilə aparan ruslara əri üçün minnətçi düşən qadını çılpaq vəziyyətdə olan əri ilə avtobusa mindirib və hər ikisini güllələyəcəkləri ilə hədələməyə başlayıblar.

Və son anda rus hərbçiləri “humanistlik” nümayiş etdirərək onları 15 dəqiqə ərzində kəndi tərk etməyə məcbur ediblər.

Maraqlıdır ki, sonradan onlara bütün başlarına gətirilənlərin səbəbi məlum olub.

Belə ki, yerli sakin, milliyətcə rus olan qonşu Maksim Aqeev bu ailənin oğlunun Ukrayna ordusunda döyüşdüyünü rus hərbçilərinə söyləməsi rusları özlərindən çıxarıbmış.

Nəhayət qadın və əri rus işğalından qaça bilib, Ukraynanın nəzarətində olan əraziyə çatıblar. İndi ər fiziki cəhətdən özünü yaxşı hiss etsə də, lakin onun mənəviyyatı arzuolunmazdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə