Dağıstanın Daxili İşlər Nazirliyi Dərbənddə polis tərəfindən qeyri-adi cinayətin üstünün açıldığını bildirib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yerli sakin hüquq-mühafizə orqanları əməkdaşlarından kömək istəyib.
O, bildirib ki, bir nəfər plastik pəncərəni sındıraraq evinə girib və spirtli içki oğurlayıb. Zərərçəkmiş zərəri 40 min rubldan çox qiymətləndirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tezliklə şübhəli bilinən 47 yaşlı yerli sakini tapıblar. Oğurluq etdiyini etiraf edən kişi, bu onun təcrübəsində ilk işi olduğunu da etiraf edib.
Maraqlıdır ki, daxil olduğu evlərdən ancaq spirtli içkilər oğurlayan kişi, təbii ki, bunun kimdə olduğunu da yaxşı bilirmiş.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB