İşğal altında olan Krımın qərb sahilində vurulan Rusiya radar kompleksinin peyk görüntüləri nümayiş etdirilib. Görüntülərdə stansiyanın radioşəffaf günbəzində böyük bir dəlik aydın göstərirlər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, yerli partizanların Telegram-da verdiyi məlumata görə, stansiya faktiki olaraq Ukraynanın bütün cənub sahillərinə və Qara dənizin əhəmiyyətli hissəsinə nəzarət edirdi.
“Bu “gözləri” çıxarmaq rus qoşunlarını, onların aviasiyasını və hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə zəiflətmək deməkdir”
Bunu yerli partizanlar bildiriblər.
Ukrayna Silahlı Qüvvələri mütəmadi olaraq rusların hava hücumundan müdafiə mövqelərinə zərbələr endirib. Bununla yanaşı, Ukrayna pilotsuz təyyarələri də rusların mənimsədiyi radiolokasiya stansiyalarını sıradan çıxarıblar.
Ukrayna saytlarının yazdığına görə, ruslar son günlər Taurida istiqamətində xüsusilə ağır itkilər verməkdə davam edirlər.
Yenilənmiş məlumatlara görə, cəbhənin bu sektorunda ukraynalılar rusların beş bölüyünə ciddi itkilər yaşadıb və təxminən 70 rus texnikasına zərər veriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB