Putinin gələn həftə bir sıra beynəlxalq görüşləri planlaşdırılır

Putinin gələn həftə bir sıra beynəlxalq görüşləri planlaşdırılır

Rusiya prezidenti Vladimir Putinin gələn həftə xarici həmkarları ilə bir neçə görüşü planlaşdırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə məlumatı federal kanallardan biri yayıb.

Qeyd edək ki, iyunun 12-dən iyunun 18-dək olan həftə prezident üçün tədbirlərlə, görüşlərlə zəngin olacaq.

Belə ki, onun Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edəcəyi gözlənilir. Gələn həftə, həmçinin bir sıra beynəlxalq görüşlər də keçirəcək.
Deyilənlərə görə, bir neçə xarici liderin Rusiyaya gəlişi gözlənilir.

Bundan əlavə, Putin artıq formalaşmış ənənəni dəstəkləyərək iyunun 12-də Rusiya Günündə dövlət mükafatları laureatlarına, habelə Rusiya Federasiyasının Əmək Qəhrəmanlarına medallar təqdim edəcək.

Onu da xatırladaq ki, iyunun 14-dən 17-dək şimal paytaxtında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçiriləcək. Kreml qeyd edib ki, Rusiya prezidenti diqqət tələb edən çox mühüm çıxış hazırlayır və bu çıxış forum tədbirlərində çıxışı çərçivəsində elan olunacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə