"Dəmir yolu nəqliyyatının işinə icazəsiz şəxslərin müdaxiləsi"..?

"Dəmir yolu nəqliyyatının işinə icazəsiz şəxslərin müdaxiləsi"..?

İlhaq edilmiş Krımda dəmiryol relslərində partlayış olub. Bu barədə Rusiya mətbuatı və teleqram kanalları məlumat yayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, partlayış bazar günü günorta baş verib. İddialara görə, yük qatarının maşinisti partlayıcı qurğunu görüb və təcili əyləci basıb.

Partlayış nəticəsində, relslərə və yük lokomotivinə ziyan dəyib. Bundan əlavə bir neçə nəfərə yerindəcə tibbi yardım göstərilib, heç kimin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Digər məlumatlara görə, iki dəmiryolçu yaralanıb.

Qeyd edək ki, partlayış Krımın Kirov rayonunda baş verib - bu, yarımadanın şərqidir.

Ərazidə qatarların hərəkəti dayandırılıb, təmir bir neçə saat çəkə bilər, Krımın Rusiya tərəfindən təyin edilmiş rəhbəri Sergey Aksyonov teleqram kanalında yazıb. Lakin o, dəymiş ziyanın nədən ibarət olduğunu açıqlamayıb.

Xatırladaq ki, mayın 18-də Simferopol vilayətində bir neçə vaqon relsdən çıxmışdı. Həmən vaxt Krım Dəmir Yolları qəzanın səbəbinin “dəmir yolu nəqliyyatının işinə icazəsiz şəxslərin müdaxiləsi” olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə