Moskvanın Xamovniçeski Rayon Məhkəməsi 51 yaşlı ABŞ vətəndaşı, musiqiçi və prodüser Maykl Trevis Liki həbsxanaya göndərib. Şəhər məhkəmələrinin birgə mətbuat xidmətindən bildiriblər ki, o, külli miqdarda narkotik satmaqda ittiham olunur.
SİA-nın əldə etdiyi məlumata görə, Dövlət Departamenti ABŞ vətəndaşının Moskvada saxlanmasından xəbərdar olduğunu bildirib. Dövlət Departamentinin sözçüsü onu da qeyd edib ki, ABŞ Amerika vətəndaşı ilə konsulluğa müraciət edəcək. ABŞ rəsmilərindən hələlik başqa şərh yoxdur.
Deyilənlərə görə, Liki keçmiş Amerika paraşütçüsüdür. O, on ilə yaxındır ki Moskvada yaşayan amerikalı “Catch the Night” qrupunun musiqiçisidir.
Liki barəsində külli miqdarda narkotik vasitələrin qanunsuz istehsalı və ya satışı maddəsi ilə cinayət işi başlanıb. Qeyd edilməlidir ki, onu 20 ilədək həbs cəzası gözləyə bilər.
Amerikalının gənc alıcılara mefedron satmaqda şübhəli bilindiyi iddia edilir.
Onu da qeyd edək ki, bundan bir müddət əvvəl eyni iş üzrə Likin tanışı rusiyalı Valeriya Qrobanyuk həbs edilib.
REN-TV-nin məlumatına görə, iyunun 6-da Likin mənzilində axtarış aparılıb. İddialara görə, ABŞ vətəndaşı özünü təqsirli bilməyib və “nə edə biləcəyini və nədə ittiham olunduğunu başa düşmədiyini” deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB