Oğru məmurlar oğurladıqlarından 5-10 qat artığını ödəyəcəklər və...
Bu arada Qırğızıstan Prezidenti Sadır Japarov “Facebook” səhifəsində dövlət qulluqçularına müraciət dərc edib. O, yazıb ki, bundan sonra dövlət büdcəsindən oğurluq edən məmurlar xəzinəyə nəinki oğurladıqları məbləği, hətta 5-10 dəfə artıq pul qaytaracaqlar.
“Və səni həbsxanadan buraxmayacaqlar. Bu, mənim son xəbərdarlığımdır”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Japarov yazıb.
Qeyd edək ki, Prezident müraciətini İssık-Kul bölgəsindəki iki dayanacaq və Talasdakı uşaq meydançasının fotoşəkilləri ilə müşayiət edib.
Beləliklə, “Kumtor”un ayırdığı 840 minə tikilən dayanacağı ayaqyoluna bənzədən qırğız prezident, ikinci tikiliyə isə 351 min son xərcləndiyini bildirib.
...Onlar bu qədər pulu necə xərcləyə bildilər? Hadisədə iştirak edənlərin hamısı saxlanılıb, oğurlanan pullar geri qaytarılıb.
...Mən bunun dövlət məmurları üçün dərs olmasını istəyirəm. 33 ildir bu yolla oğurluq edirlər. Ona görə də ölkəmiz inkişaf etmir, irəli getmir. Ona görə ki,talan edilir.
Bunu da Japarov deyib.
Qeyd edək ki, bir müddət əvvəl Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev korrupsiyaya qarşı mübarizənin ikinci mərhələsinin başlandığını elan edib. O qeyd edib ki, dəyən ziyan ödənildikdən sonra əvvəllər olduğu kimi məmurlar azadlığa buraxılmayacaq. Taşiyevin sözlərinə görə, korrupsionerlərin bütün əmlakı müsadirə olunacaq və onlar da məhkəmənin çıxardığı cəzanı həbsxanada çəkəcəklər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB