Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələri ilə ağır döyüşlər gedir

Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələri ilə ağır döyüşlər gedir

“Biz Rusiya iləyik” Zaporojye ictimai hərəkatının rəhbəri Vladimir Roqov Zaporojye Cəbhəsinin şərqində gedən döyüşlərin təfərrüatlarını bölüşüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ekspert bu barədə özünün Telegram kanalında yazıb.

Onun bildirdiyinə görə, Zaporojye ilə Donetsk Xalq Respublikasının qovşağında şiddətli döyüşlər gedir.

Vladimir Roqovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyası Silahlı Qüvvələrini Vremevski kənarında mühasirəyə almağı planlaşdırır.

Hazırda düşmənin hərbi manevrləri nəticəsiz qalır. Bu vaxt rus qoşunları böyük səylər bahasına Neskuchnoye qəsəbəsini geri ala biliblər.

Roqov kənd düzənlikdə yerləşdiyini və onu artilleriya atəşi altında saxlamağın elə də asan məsələ olmadığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə