Bu arada iaha bir nəfər “Mister Sidr” markalı spirtli içki qəbul edərək dünyasını dəyişib.
SİA TASS-a istinadən xəbər verir ki, ölüm hadisəsi Kurqan vilayətində qeydə alınıb.
Qızıl Xaç adına Kurqan Regional Uşaq Xəstəxanasına yerləşdirilən məktəbli tərkibində metanol olan içkidən zəhərlənərək ölüb. “SHOT” Telegram kanalının məlumatına görə, qızın 17 yaşı var idi. O, 2,5 litr Pina Colada içdikdən sonra o, komaya düşüb.
Ölümün dəqiq səbəbi yarılma nəticəsində müəyyən ediləcək, lakin indi artıq deyə bilərik ki, qızın bədəninə böyük dozada metanol daxil olub.
Telegram kanalı bildirib bunu.
Kurqanda spirtli içkidən zəhərlənən ikinci şəxsin vəziyyəti də məlum olub. Deyilənlərə görə, orta yaçlı kişi reanimasiyadadır, vəziyyəti orta ağır qiymətləndirilir və yaşamaq ümidi var.
Xatırladaq ki, “Mister Sidr” içkilərindən ilk zəhərlənmə halları iyunun 5-də Ulyanovsk vilayətində qeydə alınıb. Bundan sonra Nijni Novqorod, Samara, Penza, Kurqan vilayətləri və Udmurtiya Respublikasından da oxşar mesajlar daxil olub.
İyunun 7-də Rospotrebnadzor 66,5 min litr pivənin dövriyyədən çıxarıldığını elan edib. Ən böyük həcmdə saxta məhsullar Həştərxan və Kurqan vilayətlərində, həmçinin Udmurtiya Respublikasında aşkar edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB