Emoməli Rəhmonun Putindən umduğu qarşılıqlı hörmətə cavab?

Emoməli Rəhmonun Putindən umduğu qarşılıqlı hörmətə cavab?

...Yenə də rus polisi Rusiyaya çörək dalınca gedən Mərkəzi Asiya xalqları nümayəndələrini, xüsusən də tacikləri incidiblər.

Belə ki, Rusiya polisinin son bir ayda keçirdiyi xüsusi reydlər zamanı saxlanılan tacik əmək miqrantları pis şəraitdən şikayətlənirlər.

SİA-nın əldə etdiyi məlumata görə, taciklər bununla bağlı özlərinin çəkdikləri videonu da nümayiş etdirməyə hazır olduqlarını bildiriblər.

Taciklər iyunun 5-də Moskva yaxınlığındakı Kotelnikidə saxlandıqlarını bildiriblər.

Onların dediyinə görə, son bir ay ərzində Rusiyada yüzlərlə miqrant saxlanılarkən döyülüb, sonra isə cərimələnib. Onların bir çoxu ya Mərkəzi Asiya deportasiya edilib, ya da “könüllü” adıyla Ukraynaya ölümə göndərilib.

Miqrantların dediklərinə görə, əgər Kotelnikidə onlara qarşı reydlər bir qədər səngiyibsə, amma Sankt-Peterburqda xüsusi tədbirlər hələ də davam edir.

Bəzi miqrantlar rus polisinin hələ də onların iş və yaşayış yerlərini yoxladığını bildirirlər.

Qeyd edək ki, Rusiya hakimiyyəti miqrantların saxlanmasını yerli sakinlərin şikayətləri əsasında həyata keçirilən adi yoxlama adlandırır.

Yeri gəlmişkən, Tacikistandakı bəzi rəsmi idarələrin nümayəndələri müvafiq olaraq Rusiyadakı həmkarlarına miqrantların hüquqlarının təmin edilməsi xahişi ilə müraciət ediblər. Amma nə xeyri?

P.S: O vaxt Tacikistan rəhbəri Emoməli Rəhmon rusiyalı həmkarı Vladimir Putindən özünə qarşılıqlı hörmət tələb edəndə bilirdim ki, bunun zibili nə vaxtsa çıxacaq...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə