Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Xerson vilayətində Ukraynaya məxsus “Su-25” təyyarəsini vurub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov brifinq zamanı bildirib.
Ukrayna Silahlı Qüvvələrinin hücum təyyarəsi Osokorovka qəsəbəsi ərazisində məhv edilib.
Hər halda İqor Konaşenkov yalan deməz.
Onun dediyinə görə, bundan əlavə, Qərb istehsalı olan HARM anti-radar raketləri xüsusi əməliyyat zonasında hava hücumundan müdafiə sistemləri tərəfindən tutulub.
Ukrayna Silahlı Qüvvələri həmçinin “DXR” və “LXR”-in səkkiz yaşayış məntəqəsi və Zaporojye vilayətinin ərazilərində səkkiz pilotsuz uçuş aparatı itirib.
Konaşenkovun dediyinə görə, Rusiya Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə davam edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB