“Şoyqu normal olaraq hərbi birləşmələri idarə edə bilməz”

Yevgeni Priqojin: “Vaqner” PMC Müdafiə Nazirliyi ilə müqavilə imzalamayacaq
“Şoyqu normal olaraq hərbi birləşmələri idarə edə bilməz”

"Vaqner” PMC Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə PMC-nin təsisçisi Yevgeni Priqojin deyib.

Qeyd edək ki, iyunun 10-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu bütün Rusiya könüllü birləşmələrinə “hərtərəfli dəstəyin təşkili və tapşırıqların yerinə yetirilməsi üçün vahid yanaşmalar” yaratmaq üçün iyulun 1-dək Müdafiə Nazirliyi ilə müqavilə imzalamağı əmr edib.

Onu da qeyd edək ki, Müdafiə Nazirliyi öz hesabatlarında “Vaqner” PMC muzdlularını hücum dəstələrinin könüllüləri adlandırıb.

Amma Priqojin cavab olaraq Şoyqunun fərmanlarının Müdafiə Nazirliyinin əməkdaşlarına və hərbi qulluqçulara şamil edildiyini bildirib.

Priqojinə görə, “Vaqner” PMC ümumi sistemə üzvi şəkildə qurulmuş ən dərin təcrübəyə malik və yüksək effektiv bir strukturdur.

Biznesmen həmçinin, Şoyqunun normal olaraq hərbi birləşmələri idarə edə bilməyəcəyini deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə