"Rusiya ehtiyatlarını ötürmək üçün su elektrik stansiyasını partladıb"

"Rusiya ehtiyatlarını ötürmək üçün su elektrik stansiyasını partladıb"

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar, Rusiya hərbçilərinin Xerson vilayətində Ukrayna ordusunun hücumunun qarşısını almaq üçün qəsdən Kaxovskaya su elektrik stansiyasının bəndini partlatdıqlarını bildirib.

Malyarın sözlərinə görə, Rusiya Baxmut və Zaporojye istiqamətlərinə köçürmək üçün lazımi ehtiyatları buraxmaq niyyətində imişlər. Nazir müavini teleqramında Rusiya ordusunun ən döyüşə hazır hissələrinin - dəniz piyadaları və hava-desant qoşunlarının Xerson vilayətindən köçürülməsinə artıq başlanıldığını yazıb.

SİA-nın əldə etdiyi məlumata görə, Moskva hələ ki, Malyarın mesajına şərh verməyib.

Qeyd edək ki, Rusiya daha əvvəl bəndin məqsədyönlü şəkildə partladılması ilə bağlı bütün ittihamları rədd edərək, Ukraynanı təxribatda ittiham etmişdi. Amma, qeyd edilməliir ki, Rusiya tərəfi də dediklərini əsaslandırmaq üçün sübut təqdim etməmişdi.

Yeri gəlmişkən, rəsmi olaraq Ukrayna Baş Qərargahı son aylarda hazırlıq görülən genişmiqyaslı əks-hücuma keçidlə bağlı məlumat verməyib.
Rusiya Müdafiə Nazirliyi və müharibə tərəfdarı olan bloggerlər guya döyüşlər zamanı çəkildiyi iddia edilən zədələnmiş avtomobillərin təsvir olunduğu foto deləcə də videolarını fəal şəkildə dərc edirlər.

Ukrayna qoşunlarının Zaporojye vilayətində hücum əməliyyatları apardığını bildirən Amerika Tədqiqatlar İnstitutu, Kiyevin döyüşlərdə xeyli texnika itirirdiyini də etiraf edib.

Amma onlara görə, bu fakt hücumun uğur və ya uğursuzluğunun göstəricisi ola bilməz.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə