Amerikalı terrorçu həbsxana kamerasında ölü tapılıb

Amerikalı terrorçu Ted Kaçinski (Unabomber) həbsxana kamerasında ölü tapılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Koloradoda maksimum təhlükəsizliyilə ad çıxarmış müəssisəsdə cəza çəkən 81 yaşlı cinayətkar 2021-ci ilin dekabrında Şimali Karolinadakı həbsxana xəstəxanasına köçürülüb.

1978-ci ildən 1995-ci ilə qədər Kaçinski poçtla 16 bomba göndərib və 3 nəfəri öldürərək 23 nəfəri yaralayıb.

Tutulmazdan əvvəl o, ABŞ-də ən çox axtarılan cinayətkar sayılırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə