Çexiyaya gələn qeyri-leqal miqrantların sayı kəskin artıb

Çexiya polisinin məlumatına əsasən, Slovakiya sərhədində polis patrulu tərəfindən son həftə ərzində saxlanılan qeyri-leqal miqrantların sayı ötən həftə ilə müqayisədə dörd dəfə artıb. Rəqəmlər bütün may ayının göstəricilərinə bərabər olub. SİA Çexiya Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, iyun ayının əvvəlindən bəri polis Çexiyada qanunsuz əsasla olan 54 nəfəri saxlayıb. Bunların əksəriyyətini suriyalılar təşkil edib.

Ümumilikdə yay mövsümündə Mərkəzi Avropaya gələn miqrantların sayı artır. Çexiyaya onlar əsasən Slovakiyadan daxil olurlar. Qanunsuz miqrantların kəskin artmasına görə Çexiya rəsmiləri bu ölkə ilə sərhəddə tam sərhəd nəzarəti tətbiq ediblər.

Eyni zamanda, Praqanın əsas dəmiryolu vağzalına gələn miqrantların arasında əvvəlki kimi Ukraynadan gələn və Çexiyanın qəbul etdiyi qaçqınlar üstünlük təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə