Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə işgüzar səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana “Togg” elektromobilini göstərib. SİA xəbər verir ki, liderlər əvvəlcə bağlı qapılar arxasında danışıqlar aparıblar. Görüşdən sonra “Togg” avtomobilinin təqdimatı olub.
BƏƏ prezidenti avtomobilin sükanı arxasına əyləşərək salona göz gəzdirib və Ərdoğandan maşının texniki xüsusiyyətlərini soruşub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB