Makron Rəisi ilə 90 dəqiqə telefonla danışdı

Fransa Prezidenti Emmanuel Makron və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə İran prezidentinin aparat rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi "Twitter" hesabında yazıb.

Bildirilib ki, Fransa Prezidenti iranlı həmkarına zəng edib. Telefon danışığı 90 dəqiqə davam edib.

Liderlər qarşılıqlı fəaliyyətin davam etdirilməsi, xüsusi ilə də sanksiyaların aradan qaldırılması və regional məsələlərlə bağlı danışıqlar barədə razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə