Dəymiş ziyan 11,5 milyard rubl olaraq qiymətləndirilir?

Kaxovskaya su elektrik stansiyasının partlaması nəticəsində Xerson vilayətinə dəyən zərər şərti olaraq 11,5 milyard rubl dəyərində qiymətləndirilir.

SİA xəbər verir ki, bu barədə vilayət hökumətinin başçısı Andrey Alekseenko məlumat verib.

Onun dediyinə görə 11,5 milyard rubl böyük məbləğ olsa da, amma yekun olmaya bilər.

Alekseenkonun sözlərinə görə, zərərin qiymətləndirilməsi komissiyaları vətəndaşlara təzminatların tezliklə ödənilməsinə başlamaq üçün evlərə baxış keçirir. Artıq rayonun infrastrukturuna dəymiş ziyanın hesablanması başa çatıb.

Yeri gəlmişkən, ötən gün Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinə Kaxovskaya SES-də baş vermiş terror aktının nəticələrinin aradan qaldırılması üçün komissiya yaratmağı tapşırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə