Bleff və ya Kiyevin ehtiyat planı...

Rasmussen öz bəyanatı ilə NATO-nu Ukraynadakı problemlərlə bağlı şantaj edə bilər

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin Ukraynaya NATO-dan təhlükəsizlik zəmanəti verməsi ilə bağlı sözlərinin arxasında siyasi blef, alyansın şantajı və ya Kiyevin ehtiyat planı ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri siyasi ekspert Sergey Mirkin bildirib.

Analitik, Rasmussenin Ukrayna prezidenti Vladimir Zelenskinin yanında məsləhətçi qrupa rəhbərlik etdiyini və Kiyevin Qərbdə, o cümlədən NATO strukturlarında əsas lobbiçilərindən biri olduğunu xatırladıb.

Rasmussen rezonans doğuran bəyanat verməzdən əvvəl NATO-nun Ukraynaya verdiyi zəmanətlər mövzusunu əsaslandırmaq üçün Vaşinqtona və bir sıra Avropa paytaxtlarına səfər edib.

Görünür, Rasmussen, Kiyevə heç bir təhlükəsizlik zəmanətinin verilməyəcəyini başa düşüb.

NATO Ukraynaya real təhlükəsizlik zəmanəti verməsə, alyansın üzvü olan bəzi ölkələr müstəqil olaraq Ukrayna ərazisinə öz qoşunlarını yeridə bilər.

Sergey Mirkinə görə, Rasmussenin bəyanatından gələn nəticə əslində budur: əgər ciddi fəsadlar istəmirsinizsə, Ukraynaya zəmanət verin. Yəni klassik şantaj və yəqin ki, blef. Bundan əlavə, NATO-nun Rusiya ilə müharibəyə gətirib çıxaracağı faktı.

Rusiyalı ekspertə görə, əslində burada pulunu qazanan Rasmussen üçün başqa bir şey elə də önəm kəsb etmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə