Vəziyyətə Putin özü nəzarət edir

Rusiya prezidenti Vladimir Putin Kaxovskaya su elektrik stansiyası bəndinin yarılmasından sonra Xerson vilayətində daşqınla bağlı vəziyyəti şəxsi nəzarətində saxlayır.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri “Rossiya 24” telekanalının efirində Rusiya regionunun rəhbəri vəzifəsini icra edən Vladimir Saldo deyib.

Vladimir Saldo bildirib ki, Vladimir Putin Kaxovskaya su elektrik stansiyası bəndinin partladılmasından və Dnepr çayı boyunca əraziləri su basdıqdan sonra Xerson vilayətində vəziyyətə şəxsən nəzarət edir. Region rəhbərinin səlahiyyətlərini icra edənin sözlərinə görə, Rusiya lideri hər bir xəsarət alan şəxsə yardım göstərilməsini tapşırıb.

“Prezident vəziyyətlə maraqlanır, nə baş verir, necə olur, artıq o, dəfələrlə zəng edib soruşur, vəziyyəti daim izləyir. O, məndən tam məlumat verməyimi istədi və hər kəsə yardım göstərilməsini tapşırdı”, - deyə Saldo bildirib.

Xatırladaq ki, daha əvvəl Vladimir Saldo 6000-dən çox insanın su basmış ərazilərdən təxliyə edildiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə