Cənubi Afrikanın xarizmatik məşqçisi vəfat edib

Cənubi Afrika Milli Komandasını Afrika Millətlər Kubokunda çempion edən məşqçi Klayv Barker dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Afrikanı ilk dəfə dünya çempionatına aparan Barkerin 78 yaşı var idi. Barker, komandasının Dünya Çempionatına vəsiqə qazanmasına kömək etməsinə baxmayaraq, kubokdan altı ay əvvəl işdən çıxarıldı.

Ağdərili olmasına baxmayaraq, Barker 1970-ci illərdə Cənubi Afrikanın qara şəhərlərində komandalara məşqçilik edərək ölkənin aparteid qaydalarına meydan oxuyan 40 illik karyeraya
sahib idi.

Bütün xəbərlər Facebook səhifəmizdə