Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev fövqəladə hallar naziri Yuri İlini vəzifəsindən azad edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə respublika başçısının mətbuat xidməti xəbər verir.
Qeyd edək ki, İlyin 2020-ci ilin sentyabrından Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsində çalışırdı.
Rəsmi olaraq onun işdən çıxarılmasının səbəbi göstərilmir, lakin media qeyd edir ki, İlyin Semey Ormanı qoruğunun ərazisində iyunun 8-dən davam edən irimiqyaslı yanğınlar fonunda işdən çıxarılıb.
Xatırladaq ki, ilkin olaraq yanğın sahəsi 3 hektardan az olub, sonra isə kəskin şəkildə artaraq 100 hektara çatıb. Yanğın zamanı 3 meşə işçisi həlak olub, daha 11 nəfər isə itkin düşüb, onlar axtarılır.
Onu da qeyd edək ki, İlyin yanğın vəziyyətinin düzgün qiymətləndirilmədiyini etiraf edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB