Aİ İsveçin antiterror qanununu araşdırır

Avropa İttifaqı (Aİ) İsveçin antiterror qanununa etdiyi düzəlişləri araşdırır. İsveçdə iyunun 1-də qüvvəyə minən terrorla mübarizə qanunu üzv olduğu Aİ tərəfindən də araşdırılacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb 2021-ci ildə İsveçlə bağlı başladılan “Aİ qaydalarının pozulması” prosedurudur.

Aİ Komissiyası 2021-ci ildə üzv dövləti İsveçə qarşı antiterror qaydalarındakı bəzi elementlərin onun antiterror qanunlarında düzgün əks olunmadığını əsas gətirərək qayda pozuntusu proseduruna başlayıb.

Komissiya bu barədə İsveç hökumətinə 12 noyabr 2021-ci ildə rəsmi məlumat verib. İsveç 11 yanvar 2022-ci ildə Aİ Komissiyasının rəsmi məktubuna cavab verib. Lakin pozuntu aradan qalxmadığından araşdırma proseduru davam etdirilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə