Ukrayna Baxmut istiqamətində 1400 metr irəliləyib

Ukrayna Silahlı Qüvvələrinin sözçüsü Sergey Çerevati şərq cəbhəsindəki vəziyyətlə bağlı açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna ordusunun Baxmut istiqamətində irəlilədiyini bildirən Çerevati “Son günlərdə cəbhə xəttinin müxtəlif yerlərində 1400 metrə qədər irəliləməyi bacardıq. Düşmən fəal müdafiə edir və qoşunlarımızı vurur” ifadələrini işlədib.

Son sutka ərzində Baxmut istiqamətində 6 toqquşma yaşandığını qeyd edən Çerevati rusların Ukrayna əsgərlərinə qarşı 330 top və 8 hava hücumu təşkil etdiyini vurğulayıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə