Kanadanın Baş nazir Kiyevə səfər edib

Kanadanın Baş naziri Castin Trüdo Ukraynanın paytaxtı Kiyevdə səfərdədir. SİA xəbər verir ki, bu barədə məlumatı UNIAN yayıb.

Bildirilib ki, səfər əvvəlcədən elan olunmayıb.

İnformasiyaya əsasən, səfərdə onu maliyyə naziri Xristya Friland müşayiət edir.

Məlumata görə, bu, son bir ildə Castin Trüdonun Kiyevə artıq ikinci səfəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə