30-dan çox ölkə BMT-nin Ukrayna soyqırımı məhkəməsinə qoşulacaq

30-dan çox ölkə BMT-nin Ukrayna soyqırımı məhkəməsinə qoşulacaq

Beynəlxalq Ədalət Məhkəməsi dünyanın 30-dan çox ölkəsinə Ukraynanın Rusiyaya qarşı soyqırım iddiasına qoşulmasına icazə verib.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna iddianı 2022-ci il fevralın 27-də Rusiya hərbi müdaxiləsinin başlamasından üç gün sonra qaldırıb. Daha sonra, iyulda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevin Rusiyanın “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı pozması ilə bağlı yenidən məhkəməyə müraciət etdiyini bildirib.

Məhkəmənin qərarına əsasən, 32 ölkənin işə qoşulmaq hüququ olacaq - bunlar, demək olar ki, bütün Avropa dövlətləri, həmçinin Kanada, Avstraliya və Yeni Zelandiyadır.

Xatırladaq ki, Birləşmiş Ştatlar ilkin etirazların nəzərdən keçirilməsi müddətinə rədd edilib.

Qeyd edək ki, Haaqa Beynəlxalq Məhkəməsi Ukraynanın Rusiyaya qarşı digər iddialarına da baxır.

İyunun 6-da Rusiya tərəfinin iki beynəlxalq konvensiyanı pozması iddiası ilə bağlı iş üzrə ilk dinləmələr keçirilib.

Onu da qeyd edək ki, iddianı Ukrayna hələ 2017-ci ildə Rusiyanın Krımın ilhaqı və Donbassdakı hərəkətləri ilə bağlı qaldırıb.

Dinləmələr iyunun 8, 12 və 14-də davam edəcək və növbəti addım hökmün çıxarılması olacaq. BMT məhkəməsinin qərarının ən azı bir neçə ay çəkəcəyi gözlənilir.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı həm cavabdeh, həm də iddiaçı onun yurisdiksiyasını qəbul edərsə, hər iki tərəf üçün məcburidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə