Şənbə günü gecə Rusiya hərbçiləri Poltava vilayətindəki Mirqorod hərbi aerodromunu atəşə tutub. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Aerodromun yaxınlığındakı avadanlıqlara, infrastruktura və bir neçə şəxsi binaya ziyan dəyib.
Hücumun “İskəndər” raketləri və İran istehsalı olan “Şahed” pilotsuz təyyarələri ilə həyata keçirildiyi iddia edilir. SİA-nın əldə etdiyi məlumata görə, Poltava vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Lunin yanğın baş verdiyini bildirsə də, amma ölən və yaralanan olmadığını deyib.
Hazırda mütəxəssislər atəşin nəticələrini aradan qaldırır və sağ qalan texnikanı təhlükəsiz yerlərə aparırlar.
Qeyd edək ki, bundan əvvəl Odessada pilotsuz təyyarələrin gecə hücumu nəticəsində 3 nəfərin öldüyü, 26 nəfərin isə yaralandığı bildirilirdi.
Bundan başqa, pilotsuz təyyarələrin Nikolayev ərazisinə hücum etdiyi də deyilir.
Ukrayna tərəfinin gətirdiyi arqumentlərə cavabı bu dəfə Xerson vilayətinin Rusiya tərəfindən təyin edilmiş rəhbəri Volodimir Saldo bildirib. O, Ukrayna ordusunun Kaxovka SES-in dağılması nəticəsində boşaldılan binalara hücumları barədə məlumat verib.
Krımın rəhbəri Sergey Aksyonov isə yarımadanın üzərində Ukraynaya məxsus ballistik raketlər vurulduğunu deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB