May ayını əvvəllərində Kolumbiya cəngəlliklərində kiçik təyyarənin qəzaya uğramasından sonra itkin düşmüş 4 uşaq bu yaxınlarda tapılıblar. Təəccüblü də olsa, onlar sağ qalıblar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ölkə prezidenti Qustavo Petro danışıb.
Beləliklə, Petro jurnalistlərə uşaqların tək olduqlarını, hazırda onlara tibbi yardım göstərildiyini bildirib. Amma o, uşaqların necə sağ qalması ilə bağlı təfərrüatları açıqlaya bilməyib.
Qeyd edək ki, rəsmilər uşaqların vitoto xalqına mənsub olduqlarını və tropik meşədə necə sağ qalmağın yollarını bildiklərini deyirlər.
Xatırladaq ki, mayın 1-i səhər saatlarında altı sərnişin və bir pilotun olduğu təyyarə Kolumbiya cəngəlliklərində qəzaya uğramışdı. Qəzadan iki həftə sonra axtarış qrupu təyyarənin dağıntılarını və dağıntılar altında qalan üç yaşlının cəsədini çıxarməşdılar.
Lakin uşaqlar - 13, 9 və 4 yaşlı qardaş və bacılar, ən kiçiyinin isə bir yaşı belə olmayıb - xilasedicilər tərəfindən tapılmamışdı.
Maraqlıdır ki, onların sağ ola biləcəyini güman edən ordu rəhbərliyi itlərlə birlikdə 150 əsgəri uşaqları axtarmağa göndərib. Bundan əlavə, yerli qəbilələrdən olan könüllülər də əsgərlərə yardım göstərib ki, bu da öz nəticəsini verib.
Onu da qeyd edək ki, uşaqların axtarıldığı müddət ərzində onların tapıb yeyəcəkləri ümidi ilə yemək qutuları da cəngəlliyə atılırmış.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB