Tayvanın “Eva Airways” və “Thai Airways” aviaşirkətlərinə məxsus iki təyyarə Tokiodakı Haneda hava limanında uçuş-enmə zolağında toqquşub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri iyunun 10-da yerli “NHK” yayımlayıb.
Beləliklə, Haneda hava limanında taksi yolunda manevr edərkən iki təyyarənin toqquşması nəticəsində uçuş-enmə zolaqlarından biri bağlanıb.
“Thai Airways”ə məxsus təyyarənin toqquşma nəticəsində qanadının zədələndiyi qeyd edilir.
NHK-nın verdiyi məlumata görə, toqquşma zamanı “Thai Airways”in göyərtəsində 264, “Eva Airways”də isə 207 nəfər sərnişin olub.
Qeyd edək ki, toqquşma nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib. Hazırda, ekspertlər hadisənin təfərrüatlarını araşdırırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB